Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qoyun oğruları yaxalanıb

Beyləqanda qoyun oğurlayan şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, ötən ilin dekabr ayının 26-da Beyləqan rayon sakini E.Qurbanov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus xırdabuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat verib.

Məlumatlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum edilmiş Şahlar Dadaşov və Beyləqan rayon sakini Hüseyn Qafarov saxlanılıb. Araşdırmalarla onların E.Qurbanova məxsus 9 baş, hər biri 130 manat olmaqla ümumilikdə 1170 manat dəyərində olan xırdabuynuzlu heyvanlarını oğurladığı müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs oğurladıqları qoyunları dəyərindən ucuz qiymətə satdıqlarını etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Son xəbərlər
Bütün xəbərlər »