Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütün marşrut avtobusları kart sisteminə keçiriləcək

Yanvarın 30-dan 67 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “Bakı Kart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyi Bakı Nəqliyyat Agentliyi

İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eyni zamanda qeyd edirik ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.

Bizimyol.info-nun əldə eydiyi məlumata görə, BNA mart ayına qədər bütün avtobuslarda nağdsız ödəniş sisteminə keçməyi başa çatdırmaq niyyətindədir. Bunun üçün avadanlıqların alınması və quraşdırılmasını təmin edən şirkətlə anlaşılıb. Şirkət bütün xərcləri üzərinə götürdüyü bildirilir. Məlumatlı mənbə bildirib ki, şirkət sərnişin daşınmasından əldə olunan gəlirlərin müəyyən faizini alacaq.

Son xəbərlər
Bütün xəbərlər »