Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə dağıdıcı zəlzələ anının görüntüləri - Video

Elazığda saat 20.55-də 6.8 bal gücündə zəlzələ meydana gəlib. Təbii fəlakət nəticəsində Elazığda 16, Malatyada 4 nəfərin öldüyü və 1015 adamın yaralandığı bildirilir.

Bizimyol.info xəbər verir ki, Təcili Yardım Təşkilatının (AFAD) Tvitter hesabından verilən məlumata görə, Sivrice rayonunda saat 20.55-də 6.8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yerin 6.75 kilometr dərinliyində baş verib.

Türkiyədə zəlzələ- Elazığ

Elazığda Sivrice mərkəzində baş vermiş zəlzələ Gaziantep, Şanlıurfa, Malatya, Tunceli, Samsun, Tokat, Çorum, Sivas, Niğde, Kayseri Kırşehir, Trabzon, Ordu və Giresun da hiss edilib.

Türkiyədə zəlzələ- Elazığ

Elazığın mərkəzində 4 binanın çökdüyü və dağıntılar içində AFAD qruplarının axtarış-xilasetmə işlərinin davam etdirdiyi bildirilib. Açıqlamada  evləri dağılanların yataqxanalara və idman zallarına yerləşdilildiyi qeyd olunub.

Son xəbərlər
Bütün xəbərlər »