Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan Türkiyədə baş vermiş zəlzələ ilə bağlı açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş zəlzələ ilə bağlı fikirlərini bildirib.

CNN Türk-ün verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, Elazığda, eləcə də bir sıra bölgələrdə baş verən zəlzələ ilə bağlı müvafiq dövlət orqanları səfərbər edilib.

Rəcəb Tayyib Ərdoğan Rəcəb Tayyib Ərdoğan

O, prezident olaraq, zəlzələ ilə bağlı bütün hadisələri yaxından izlədiyini deyib: “Biz bütün dövlət qurumları, xüsusən də Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi və Qızıl Aypara təşkilatı ilə millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”. (apa)

Son xəbərlər
Bütün xəbərlər »