Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə baş verən zəlzələdə çoxlu sayda ölən və yaralananlar var - Video

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.

Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib. Verilən məlumatlata görə, zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca zəlzələ ilə bağlı açıqlamasında deyib. Ölənlərdən 13 nəfər Elazığda, 5 nəfər isə Malatyada dünyasını dəyişib. Yaralıların isə 772 nəfər olduğu bildirilib.

Qeyd edək ki, Elazığda 30 nəfər dağıntılar altında qalıb. Malatyada isə dağıntı altında qalan yoxdur. (apa)

Son xəbərlər
Bütün xəbərlər »