Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yardımlı yollarında - Fotolar
Yardımlı yolları

Qurani-Kərimdə Yaqub peyğəmbərin adı bir neçə yerdə çəkilib. Barəsində deyilənlərin birində- Yaqubun bir sıra yeyintiləri özünə haram etməsindən söhbət açılıb və Allah ona "İsrail" ləqəbini verib...

Çox güman ki, onun adını elə Yaqub peyğəmbərin şərəfinə qoyublar. Düşünüblər ki, böyüyəndə o da Yaqub peyğəmbər kimi bir sıra yeyintiləri özünə haram edər, amma o, halallıq simvolu olan bu ada xələl gətirdi...

Ölkə rəhbəri, cənab İlham Əliyev bütün sahələrdə islahat aparıb, gəncləri rəhbərliyə gətirsə də, bu islahat hələ ki, ona gəlib çata bilmir.

Yardımlı yolları

Ötən əsrdən üzü bəri rayonumuzun yol istismar idarəsinə rəhbərlik edir. Bir vaxtlar deyirdilər ki, Ziya Məmmədovun adamıdır, ona heç kim toxuna bilməz. Ziya Məmmədov çoxdandır nəvələri ilə gün keçirir. Bəs, görəsən Yardımlı Yol İstismar MMC-nin rəisi Yaqub Əliyevə indi himayədarlıq edən adam kimdir?..

Yardımlı yolları

Sevindik Hətəmovun rayonumuza rəhbərlik etdiyi illərdə Masallı-Yardımlı yolu adama ABŞ-ın San Fransisko şəhərinin yollarını xatırladırdı. İndi o yol elə bir günə düşüb ki, Afrikanın ən geridə qalan ölkələrinin yollarına bənzəyir. Maraqlıdır, yəni həmin yolla hər dəfə Bakıya gəlib-gedən rayon rəhbəri bunlara fikir vermirmi? Niyə Yaqub Əliyevdən papağını qabağına qoyub, düşünməyi tələb etmir? Axı rayonda bu nöqsanları aradan qaldırmaq üçün asfalt zavod da var, yol istismar müəssisəsi də...

Elman Eldaroğlu

Paylaş »
››› Məktəblərdə tədris ilinin müddəti təsdiqləndi - Qərar
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Koronavirus Gürcüstanda da aşkarlandı: Azərbaycandan keçib - Rəsmi
››› Türkiyədə tapılan daş sandıq xristian dünyasını hərəkətə gətirdi - Foto
››› Canan Karataydan koronavirusla bağlı maraqlı məsləhətlər: "Qorxmayın..." - Video
Son xəbərlər
Bütün xəbərlər »