Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb
Sabuncu qəza Opellə Mercedes toqquşdu 22

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.

9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən Kərimli Samir İlham oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. "Hyundai" markalı avtomobildə olan xanım sərnişin də yaralanıb.

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki sürücü Sərxoşluğun Təyin Edilməsi Məntəqəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Paylaş »
››› Türkiyədə tapılan daş sandıq xristian dünyasını hərəkətə gətirdi - Foto
››› Canan Karataydan koronavirusla bağlı maraqlı məsləhətlər: "Qorxmayın..." - Video
››› İranda virusdan ölənləri gizlicə basdırırlar - Video
››› Koronaviruslu Gürcüstan vətəndaşının Azərbaycan gömrüyündəki görüntüləri yayıldı - Video
››› Türkiyə 1709 suriyalı hərbçini məhv edib - Video
Son xəbərlər
Bütün xəbərlər »