Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mağazalarda nisyə dəftərlərini bağlayan “görünməz adam”: Hamı ondan danışır - Fotolar

İstanbulda onu “Robin Hud” adlandırmağa başlayıblar. Qəfil ortaya çıxır, ya küçədə adamlara pul paylayır, ya da mağazalarda nisyə dəftərlərindəki borcları bağlayır.

Bizimyol.info xəbər verir ki, axırıncı hadisə Bekirdərə məhəlləsində baş verib. Mağazaya girən “gözəgörünməz adam” nisyə dəftərindəki bütün borcları ödəmək istədiyini bildirib. Mağaza sahibi dərhal razılaşıb. Həmin adam 7 min lirə (2 min manatdan çox) ödəyərək dərhal gözdən itib.

Mağazaların nisyə dəftərlərini bağlayan “görünməz adam”

Borcu silinən vətəndaşlardan biri olan Cevdet Polat xəbəri kafedə eşidib. Mağazaya gələndə daha borcu qalmadığını eşidib. İndi özünü həmin şəxsə çox borclu hiss edir. Yəni borcu bitən vətəndaş mənəvi borcunu unutmur.

Cevdet Polat

Maraqlı situasiya yaranıb. Həmin mağazadan həmişə nağd alver edən sakinlərdən bəzisi indiyə qədər nisyə mal almadığına görə təəssüfləndiyini söyləyib.

Mağazaların nisyə dəftərlərini bağlayan “görünməz adam”

Bundan bir az əvvəl İstanbulun “Robin Hud”u küçədə adamlara pul paylaşmışdı. O gündən xeyirxah adam sosial şəbəkələrin ulduzuna çevrilib.

Son xəbərlər
Bütün xəbərlər »