Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ-nin nadir “Volqa”sını satırlar: cəmi 120 nüsxə istehsal olunubmuş - Fotolar

Sovet maşınları imperiyadan kənarda da az maraq görmürdü. Xüsusilə Qərb ölkələrində SSRİ-nin avtomobillərini ekzotik sayırdılar.

Bizimyol.info xəbər verir ki, Rusiyada SSRİ-nin nadir “Volqa”larından birini satışa çıxarıblar.

1965-ci ildə istehsal olunan maşına 5,5 milyon rubl (təxminən 89 min dollar) qiymət qoyulub.

QAZ-21 Belçikada istehsal olunub. Çünki Avropa ölkəsinin “S.A. Scaldia-Volga” şirkətinin Qorki Avtomobil Zavodu ilə müqaviləsi vardı. Razılaşmaya görə, maşın hissələri Belçikaya aparılır, orada yığılır, dizel mühərrikləri ilə təchiz olunurdu. Bu avtomobildən cəmi 120 nüsxə istehsal edilmişdi.

Bir neçə mühərrik variantı var idi. Əvvəlcə avtomobillər İngiltərənin 1,6 litrlik “Perkins Four-99” mühərrikləri ilə 48 at gücünə sahib olsalar da, sonradan daha səmərəli qurğu ilə əvəz edilib.

“Rover” Britaniya markasının 2.3 litrlik mühərrikləri zamanla daha uyğun sayıldı. Dörd silindrli qurğunun maksimal gücü 65 at gücünə çatırdı. Bəzi versiyalar 59 at gücü olan 1,9 litrlik “Peugeot-Indenor” mühərrikləri ilə təchiz olunub.

Son xəbərlər
Bütün xəbərlər »