Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı metrosunda problem: Sərnişin qatarın hərəkətinə mane oldu

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Hadisə metronun “Elmlər Akademiyası” stansiyasında baş verib.

“Həzi Aslanov” - “Dərnəgül” xətti üzrə hərəkətdə olan qatar stansiyaya çatanda sərnişinlərin qatarı tərk etməsi bildirilib.

“Bakı Metropoliteni” QSC-nin mərbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

O bildirib ki, metronun Elmlər Akademiyası stansiyasında yeni qatarların birində problem yaşanıb:

“Qatarda olan sərnişinlərdən biri “acil çıxış” düyməsinə basıb. Bu səbəbdən stansiyaya daxil olan qatarın qapıları bağlanmayıb. Boş qatar “İnşaatçılar” stansiyasına yollanıb. Orada yaranmış problem aradan qaldırılıb. Qatarların intervalında gecikmə olmayıb”. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »