Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
55 yaşlı həmişəcavan nənə gözəlliyinin sirrini açdı - Fotolar

Avstraliyanın Melburn şəhərində yaşayan 55 yaşlı nənə hamını gözəlliyi ilə heyrətə salır. Şeron Orvalın 20 yaşlı Hannanın anası olmasına inanmaq mümkün deyil.

Bizimyol.info xəbər verir ki, qızın “Instagram”da anası ilə çimərlik fotosunu paylaşması böyük marağa səbəb olub.

Foto qısa zamanda onminlərlə bəyənmə toplayıb. Şəklə minlərlə rəy gəlib. Rəylərdə Şeronun 55 yaşı olmasına inanmadıqlarını yazıblar. Ümumiyyətlə, onun nənə olması böyük təəccüb doğurub.

Bəs Şeron necə belə gənc qalmağı bacarıb? Özünün dediyinə görə, əvvəllər polis olub, yaxşı formada qalmağa çalışıb. Xidməti başa vurandan sonra da idman zallarından çəkilməyib. İndi də fitneslə məşğul olur. Üstəlik, Şeron yeməyinə fikir verir. Yarımfabrikat məhsullardan istifadə etmir, karbohidrat qəbulunu minimuma endirib. Buna baxmayaraq, Şeron evdə düyü, bibər və kərəvizdən hazırlanmış burgeri çox sevir.

55 yaşlı qadının bircə qüsuru var. Üz qırışlarından yaxa qurtarmaq üçün botoksdan istifadə edib. Amma yaxşı formada olmaq üçün həmişə ortaya əmək qoyub.

Son xəbərlər
Bütün xəbərlər »