Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çingiz Qənizadə Beyləqanda növbəti görüşlərini keçirdi - Fotolar
Çingiz Qənizadə

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə bu dəfə Beyləqan rayonunun Aşıqalılar və Əhmədli kəndlərində yaşayan seçiciləri ilə görüşlər keçirib.

Görüş zamanı deputatlığa namizəd son vaxtlar ölkədə gedən proseslər, kadr islahatları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü il Dövlət proqramı, eləcə də, özü və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Çıxış edən kənd sakinləri, ağsaqqallar, Qarabağ qaziləri, gənclər, Çingiz Qənizadənin 10 illik deputat fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Onlar üçün hər zaman açıq və əlçatan deputat olduğunu xüsusi qeyd ediblər. Həmçinin telefon zənglərinə, ərizə və şikayətlərinə operativ reaksiya verən, kənddə gedən abadlıq və quruculuq işlərində yaxından iştirak etdiyini, qaldırılan məsələləri vaxtlı-vaxtında müvafiq qurumlara çatdırdığını deyiblər. Kənd sakinləri Çingiz Qənizadəni sadə deputat kimi tanıdıqlarını da gizlətməyiblər.

Növbəti parlament seçkilərində də Çingiz Qənizadəyə səs verəcəklərini söyləyiblər.

Daha sonra Çingiz Qənizadə fərdi qaydada müraciət edən seçiciləri ayrı-ayrılıqda qəbul edərək onları dinləyib və problemlərini qeyd edib. Kənddə olan kiçik problemlər namizədin diqqətinə çatdırılıb. Çingiz Qənizadə də bu və ya digər məsələlərlə yaxından məşğul olacağı barədə seşicilərinə söz verib. (Unikal.org)

Paylaş »
››› Rusiyada koronavirusu dərhal məhv edən ucuz məhlul hazırlayıblar
››› “Kurtlar vadisi”nin aktyoru koronavirusdan ölüb
››› Türkiyədə daha bir koronavirus rekordu qeydə alındı
››› Qonşu ölkədə insanlar virusa görə meşələrə çəkilib
››› Keçmiş SSRİ dövləti “qreçka”nın ölkədən çıxarılmasına qadağa qoydu
Son xəbərlər
Bütün xəbərlər »