Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və Çin alimləri koronavirusa qarşı dərman üzərində çalışırlar

Çin və ABŞ alimləri son günlər Çin və qonşu ölkələrdə yayılan yeni koronavirusa qarşı peyvənd maddəsi üzərində birgə çalışmalar aparırlar.

Birgə tədqiqat işlərində Şanxaydakı Fudan Universitetinin virusologiya mərkəzi, Texas Universitetinin tibb bölməsi, Hyustondakı Baylor Tibb Kolleci, Nyu-York Qanköçürmə Mərkəzi əməkdaşları iştirak edir.

“Bu, gözəl əməkdaşlıqdır. Lakin peyvəndin hazırlanması tez başa gələn iş deyil, bu epidemiya qurtarana qədər əlimizdə tətbiqə hazır dərman olacaqmı, məlum deyil”, - deyə Baylor Tibb Kollecindəki Milli Tropik Təbabət Mərkəzinin dekanı Piter Hotez qeyd edib.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Virusun yayılması ilə əlaqədar ÜST təcili iclas keçirib və bütün ölkələrə virusun yayılmasına hazır olmağı tövsiyə edib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »