Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İl ərzində eyni xəstəxananın 19 tibb bacısı ana olub

ABŞ-ın Nebraska ştatının Omaha şəhərinin xəstəxanalarından birində işləyən 19 tibb bacısı körpələri ilə birlikdə ümumi şəkil çəkdirib. Məsələnin maraqlı tərəfi uşaqların hamısının keçən il doğulmasıdır.

Bizimyol.info xəbər verir ki, il ərzində Omaha xəstəxanası ciddi sıxıntı yaşayıb. Tibb bacıları bir-birinin ardınca dekretə çıxırmış. Buna görə işə müvəqqəti işçilər cəlb etmək lazım gəlirmiş.

Ana olanlar isə hadisəni xoş təəssüratla xatırlayırlar. Hesab edirlər ki, il ərzində böyük bir ailəyə çevriliblər.

Tibb bacılarından Kim Nabiti deyir ki, bir-birindən xeyli məsləhət alır, kömək etməyə çalışırlarmış.

Bundan əvvəl Konnektikut ştatının Nyu-London şəhərindəki xəstəxanada 8 qadın əməkdaş az fərqlə hamilə qalmışdı. Onlardan 6-sı tibb bacısı idi.

Son xəbərlər
Bütün xəbərlər »