Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Barselona" və "Real"ın kubokdakı rəqibləri bəlli olub

İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu gün mərhələnin püşkatma mərasimi keçirilib.

Favoritlərdən "Real" ikinci liqa təmsilçisi "Saraqosa"ya rəqib olubsa, "Barselona" elitanın digər təmsilçisi "Leqanes"i sınağa çəkəcək. Oyunlar yanvarın 28-30-u tarixlərində keçiriləcək.

İspaniya Kral Kuboku

1/8 final mərhələsinin cütlükləri

"Badahos" - "Qranada"

"Leonesa" - "Valensiya"

"Tenerife" - "Atletik"

"Saraqosa" - "Real"

"Mirandes" - "Sevilya"

"Rayo Valyekano" — "Vilyarreal"

"Barselona" — "Leqanes"

"Real Sosyedad" - "Osasuna"

Son xəbərlər
Bütün xəbərlər »