Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenkodan Rusiyanın ünvanına sərt ittihamlar

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya haqqında sərt danışıb. O, qonşu ölkəni ittiham edib.

Bizimyol.info xəbər verir ki, dövlət başçısı Rusiyanın təzyiqlərindən gileylənib. Lukaşenkonun fikrincə, neft sənayesindəki vergi manevrləri də buna görədir: “Nəyə görə təzyiq göstərmək qərarına gəliblər, özünüz tapın”.

Belarus prezidenti vergi manevrinin neft məhsullarının ixracına görə gömrük rüsumları sayəsində respublika büdcəsinə daxilolmaların azalmasına gətirib çıxaracağını dəfələrlə bildirib. Buna görə Minsk Moskvadan təzminat tələb etmişdi, amma rədd cavabı almışdı. Xərclərin kompensasiya olunmasından imtinaya görə Belarus öz ərazisi ilə neft tranzitinə ekoloji vergi tətbiq etdi və digər dövlətlərdən, xüsusən də Norveçdən neft almağa başladı.

Moskva Moskva / Foto: Pixabay.com

Belarusun ən böyük neft tədarükçüsü Rusiyadır. İldə alınan 24 milyon ton neftin 6 milyonunu təkrar ixrac etməyə icazə var. Keçən il Rusiya, belə demək mümkünsə, vergi manevrinə - ixrac rüsumlarının tədricən sıfırlanması və mineral hasilatına vergi dərəcəsinin artırılmasına başladı. Minsk buna görə 2019-2024-cü illər üçün itkisini 10-11 milyard dollar qiymətləndirir.

Son xəbərlər
Bütün xəbərlər »