Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ötən il 1 866 tikinti obyekti şəhərsalma qanunvericiliyinin tələblərini pozub
ev-bina-tikinti-menzil

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ötən il səyyar və kameral qaydada 15 şəhər və rayonda ümumilikdə 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alınıb.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verib.

“Onların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlanıb. Bununla yanaşı Tikintilərin Dövlət reyestrinin aparılması qaydalarının pozulmasına, yəni tikintiyə və istismara verilmiş icazələr barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə Komitəyə təqdim edilmədiyinə görə 22 şəhər və rayon üzrə ümumilikdə 255 inzibati xəta ilə bağlı protokollar tərtib edilib”, -deyə o qeyd edib.(apa)

Paylaş »
››› Məktəblərdə tədris ilinin müddəti təsdiqləndi - Qərar
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Koronavirus Gürcüstanda da aşkarlandı: Azərbaycandan keçib - Rəsmi
››› Türkiyədə tapılan daş sandıq xristian dünyasını hərəkətə gətirdi - Foto
››› Canan Karataydan koronavirusla bağlı maraqlı məsləhətlər: "Qorxmayın..." - Video
Son xəbərlər
Bütün xəbərlər »