Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkədə keçirilən tətillə bağlı Eyfel qülləsi bağlanıb

Fransa hökumətinin təqdim etdiyi təqaüd islahatı planına qarşı bütün ölkədə keçirilən tətillə bağlı Parisin əsas turizm məkanlarından olan Eyfel qülləsinə giriş bağlanıb.

Bu barədə Eyfel qülləsinin “Twitter” rəsmi səhifəsində bildirilir.

Bununla belə, qüllə ətrafındakı meydan gəzintilər üçün açıqdır.

Xatırladaq ki, Fransa hökumətinin irəli sürdüyü təqaüd islahatı layihəsinə qarşı ötən ilin dekabr ayından ümumi müddətsiz tətil keçirilir. Həmin islahat nəqliyyat işçiləri və bir sıra başqa qrupların təqaüdə çıxarkən müəyyən imtiyazlar və xüsusi rejimdən məhrum olunmasını nəzərdə tutur. Layihə fevral ayında parlamentin müzakirəsinə çıxarılmalıdır.(report)

Son xəbərlər
Bütün xəbərlər »