Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Məsimli : “Davos forumunda heç bir prezident İlham Əliyev kimi müntəzəm çıxışlar edə bilmir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında işgüzar səfərdədir.

Dövlət başçısı yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb və görüşün yekunu olaraq Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub.

Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Forumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olması danılmaz faktdır. Azərbaycanın kontekstindən baxdıqda Davos forumunun əhəmiyyəti nədir, bu görüşlər ölkəmizə nələr vəd edir.

Bizimyol.in-fonun suallarını iqtisadçı alim, Milli Məclisin keçmiş deputatı Əli Məsimli cavablandırır.

- Əli Müəllim, Azərbaycan üçün Davos böyük və nüfuzlu platformadır. Bəs Davos üçün Azərbaycan hansı mövqedə dayanır?

- Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende də qeyd edib ki, Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq yüksək səviyyədədir, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rolu var. Dünya İqtisadi Forumu bu rolu qiymətləndirir.

Davos forumu dünyada dünyanın ən nüfuzlu iqtisadi forumudur. Amma indi bu forum o səviyyəyə çatıb ki, sadcə iqtisadi məsələlərdə məhdudlaşmayıb siyasi məslələrə və ictimai fikrə təsir göstərmə gücünə malik olub. Azərbaycan prezidenti də bu forumda müntəzəm olaraq iştriak edir və bu çox təqdirəlayiq addımdır.Bu forumun tribunasndan Qarabağ probleminə təkrar- təkrar diqqətə çatdırır, beynəlxalq hüquq normaları nöqteyi nəzərindən haqlı mövqeyimiz sərgiləyir, eyni zamanda Azərbaycanı digər ölkələrlə müqayisə edərək potensialımızı üzə çıxarır. Böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının həm ölkəmiz, həm də region üçün əhəmiyyətini qeyd edir. Prezident dövlət və hökumət başçıları ilə böyük şirkətlərin rəhbərləri ilə görüşlər keçirir, yeni əlaqələr yaradır, yeni görüşlərin əsası qoyulur.Davos forumu yüksək reytinqli olduğuna görə hər ölkənin prezidenti orda çıxış edə bilmir. Bu yüksək intellekt və hazırlıq tələb edir. Çünki spontan suallar verilir, sualların məcrasının hara yönələcəyini öncədən proqnozlaşdırmaq olmur. Lakin İlham Əliyev Davosda hər dəfə öz çıxışları ilə maraq oyadır və Azərbaycanın tanıdılması baxımından bu çıxışların böyük rolu olur. Azərbaycanın dünyanın böyük layihələrində həmmüəllif rolu, investisiyaların bir çoxunda yükün bir hissəsini öz boynuna götürməsi barədə danışır. Prezidentimiz beynəlxalq tribunlardan hər zaman vurğulayır ki, Azərbaycan Qərbin enerji təhlükəsizliyinin təmin olunmasına həmişə fikirdə sözdə və işdə öz töhfəsini verir. Azərbaycan bu istiqamətdə yeganə alternativ variant kimi əlindən gələni əsirgəmir.Azərbaycan Qərbin bir nömrəli probleminə -enerji probleminə dəstək verirsə, Qərb də Azərbaycanın bir nömrəli problemi olan Qarabağ problemində hüquqi sənədlərdə atdığı imzasına hörmət etməlidir. Azərbaycan prezidenti bu məsələni keçirdiyi bütün görüşlərdə önə çıxarır. Dövlət başçısının Davosun tədbirlərində müntəzəm iştirakı və forumun rəhbəri tərəfindən hər dəfə səmimiyyətlə qarşılanması, keçirilən dialoqlar, görüşlər, eləcə də İsveçrə prezidenti ilə səmimi görüşlər Azərbaycanın da Davosa lazım olmasının sübutudur. Azərbaycanda son vaxtlar keçirilən islahatlar və bu islahatların gətiriəcəyi yeniliklər, üstünlüklər beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılır. Prezidentimizin müntəzəm olaraq bu foruma dəvət alması Azərbaycanın Davosa lazım olmasının sübutudur. Hansı ölkənin prezidenti göstərmək olar ki, o müntəzəm iştirak etsin və bu tribunadan öz ölkəsi üçün çıxışlar etsin, tanıtımlar etsin. Mən ikinci belə bir lider tanımıram.

- Bu görüşlər konkret olaraq ölkəmizə hansı sərmayələrin gəlişinə səbəb olacaq?

-İnvestisiyanın mahiyyəti belədir ki, çoxdan görüşülə və artıq yatırım etmiş şirkət rəhbərlərinin gördükləri işin davamına impuls veriləcək. İLk dəfə görüşülən şirkətlərsə tanışlıq xarakterli görüşmələr keçirilir, investisiya üçün yaradılan şəraitdən danışılır və növbəti addımların zəmini qoyulur. Xarici ölkələrlə investisiya yönümlü layihələrin bir hissəsi Azərbaycan hökumət orqanlarının öz xətti ilə həyata keçirilirsə, digər vacib hissəsi də Davos forumunda prezidentimizin görüşlərinin nəticəsi olaraq reallaşır Prezidentin sərmayədarların ölkəmizə cəlb olunmasında böyük rolu var.

- SOCAR-dan başqa hansı şirkətimiz özünü bu forumda təqdim edə bilib?

- SOCAR dünyada tanınmış şirkətdir və regionda qoyduğu sərmayələri ilə də tanınır.Bu müsbət addımdır. Amma SOCAR səviyyəsində ikinci bir şirkətin adını çəkə bilməsək də ümid edirəm ki, neft kimya sənayesi sahəsində Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələr böyük maraq oyadacaq. Burda genişmiqyaslı işlər görmək olacaq. Qeyri neft sektorunun inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. Hazırda qeyri-neft sektoru məhsullarımızın ixracı əsas məsələdir.

- Bəs neftdən sonra nə?

- Bu suala hələ ki, kənd təsərrüfatı məhsullarımızla cavab verə bilərik.Yaxşı tanışlıq və yaxşı layihələr ortaya qoyulsa böyük layihələri reallaşdıra biləcəyik.Həm ixrac imkanlarımız genişləndirilə bilər, həm daxili bazarı təmin etmək, həm də idxalı azaltmaqla milyonlara qənaət etmiş olarıq.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »