Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ümid Partiyasının namizədi keçmiş deputatı debata çağırdı

9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində iştirak üçün 95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd Ümid Partiyasının sədr müavini Tamilla Qulami keçmiş deputat Sahib Alıyevi debata çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə pariyanın mətbuat xidmətindən məlumat verililib.

Tamilla Qulami

Məlumatda qeyd edilir ki, T.Qulami bildirib ki, Sahib Abıyev onun barəsində xoşagəlməz sözlər danışır: "Sahib Alıyev görüşlərində mənim haqqımda nələrsə danışır, nələrsə deməyə cəhd edir. Sahib Alıyevə müraciət edirəm! Nə demək istəyirsinizsə, nə sözünüz varsa, buyurun, mənimlə debata gəlin! O cümlədən, sözügedən dairədə namizədliyini irəli sürmüş və ya debatda olmaq istədiyiniz hər bir namizədin əvəzinə sizinlə debata hazıram. Gəlin, xalqın qarşısında - istənilən kənddə və yaxud da istənilən görüşdə debata çıxaq. Həm Tərtər problemlərini, onun həlli yollarını, həm də millət vəkili necə olar, onu danışaq".

Tamilla Qulami

Qeyd edək ki, Ümid Partiyasının sədr müavini Tamilla Qulaminin təbliğat və təşviqatı davam edir. Tamilla Qulami Xoruzlu kəndində seçiciləri ilə görüşüb. Görüşdən öncə kəndin Şəhidlər Abidəsini ziyarət edib, şəhidliyə gül dəstələri qoyub, Milli Qəhrəman Vəzir Orucovun və şəhidlərimizin ruhuna dualar oxuyub, rəhmət diləyiblər. Keçirilən sorğuya əsasən 95 saylı Tərtər Seçki Dairəsində favorit namizəd Tamilla Qulamidir.

Tamilla Qulami Tamilla Qulami

Son xəbərlər
Bütün xəbərlər »