Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin virusu gəlir, amma medianın sıza bilmədiyi “qapı”mızdan virus da sızmaz

Çində yeni növ koronavirus xəstəliyinə yoluxma hallarının sayı 849 nəfərə çatıb, bu virusdan artıq 26 nəfər həyatını itirib. Tayland, Vyetnam, Koreya Respublikası, Sinqapur, ABŞ və Yaponiyada koronovirusun yeni növləri aşkar edilib. Ümumdünya Səhiyyə Təşkilatı epidemiya həyəcan siqnalı verməsə də təhlükənin böyük olduğunu qeyd edir.

“Rəsmi məlumatlara görə, son 10 gündə ərzində Azərbaycanda 2 nəfər soyuqdəymədən dünyasını dəyişib. 11 yanvarda 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. 12 yanvar 2020 tarixində səhhətinin ağırlaşma səbəbindən vlideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib. 20 yanvarda Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb. Xəstə X.İsayevanın səhhətində yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub. Amma bütün bunlara baxmayaraq Azərbaycanda yayılan virusun mənşəyinə dair Səhiyyə Nazirliyi hələ də açıqlama verməyib”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib.

Qubad İbadoğlu

Azərbaycanın baş infeksionisti Cəlal İsayev Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, bütün dünyanı bürüyən bir virusun Azərbaycana yoluxma ehtimalı əlbəttə var.

“Koronovirusun adı əhaliyə yeni tanış olsa da əslində onu yeni hesab etmək olmaz.

Baş infeksionist Cəlal İsayev Baş infeksionist Cəlal İsayev

“Kəskin respirator virus infeksiyalarının 4-9%-ə qədəri məhz koronoviruslar tərəfindən törədilir. Çində aşkar olunan yeni aşkarlanmış virus növünə yoluxanlar arasında ölüm faizi 35-ə bərabərdir.

Koronovirusa qida və hava damcı yoluxmaq mümkündür. Qidadan yoluxma zamanı əsasən, mədə-bağırsaq problemləri özünü büruzə verir. Tənəffüs yolları ilə yoluxanda bu ağciyərlərin zədələnməsi ilə fəsadlaşa bilər. Bu zaman ağciyərlər sıradan çıxır və kəskin ağciyər çatışmazlığından insan tələf olur. Amma bir məqam da var ki, bu virus 37 dərəcə temperaturda 15 dəqiqəyə , 56 dərəcədə isə dərhal məhv olur”.

Artıq bütün ölkələrin sərhəd xidmətlərində koronovirusdan qorunmaq üçün sərt tədbirlər görülməkdədir. “Ehtiyatlı igidin anası ağlamaz” deyiblər. Azərbaycan sərhədçiləri ölkəyə- girib çıxan şəxslərin sağlamlıq səviyyəsinə hansı şəkildə nəzarət e də bilirlər, ölkəmizin qapıları xəstəliyə açıqdırmı? Bu sualımızın cavabını Dövlər Sərhəd Xidmətindən almaq istədik. Lakin adını bildiyimiz mətbuat katibinin işdən azad olduğunu öyrəndik. Yenisinin kimliyi barədə də DSX-dan məlumat almaq mümkün deyil. Çünki bu boyda dövlət xidmətinin saytında qurumla əlaqə saxlamaq üçün bir dənə telefon nömrəsi qoyulmayıb. Yumurta kimi nə qapısı var, nə pəncərəsi. Ümid edirik medianın sıza bilmədiyi “qapı”mızdan virus da sızmaz.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »