Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Koronavirus yarasalardan yox, ilanlardan keçib”

Çinli alimlər sürətlə yayılmağa başlayan koronavirusun məhz ilanlardan keçmə ehtimalının yüksək olduğunu bildiriblər.

“Sputnik Türkiye” xəbər verir ki, bu barədə “Medical Virology” jurnalında dərc olunan məqalədə deyilir.

Araşdırmaya görə, Çinin Vuhan şəhərində xəstəxanaya yerləşdirilən ilk xəstələrin çoxunun dəniz məhsullarının topdan satışı bazarının işçiləri və ya müştəriləri olduğu diqqət çəkib. Vuhanda satılan ilanların vəhşi təbiətdə yarasa ilə bəsləndiyi qeyd edilib.

Xatırladaq ki, indiyədək koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 25 nəfərə çatıb. (report)

Son xəbərlər
Bütün xəbərlər »