“Kanal13”ün “Yutub” sosial şəbəkəsindəki səhifəsində insanlara qarşı dələduzluz edən şəxs barədə məlumat yayılıb.
Bildirilir ki, Qədirov Mirbaba adlı şəxs bir qrup Sabirabad sakinindən işə düzəltmə adı ilə pul alaıb.
Şikayətçilər idda edir ki, Qədirov Mirbaba Daxili işlər nazirinin adından istifadə edərək bu
pulları onlardan alıb. Zərərəçəkənlərin sözlərinə görə onlar bir neçə ay işlədikdən sonra
maşları ödənməyib.
Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumatda məsələyə aydınlıq gətirilib.
DİN-in məlumatında bildirilir ki, “Kanal13”ün “Yutub” sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim etmiş Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə video paylıb:
"DİN-in mətbuat xidməti olaraq bildiririk ki, hələ keçən ilin noyabr ayında qeyd olunan
məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət
etmişdilər. Dərhal məsələ araşdırılıb və təsdiqini tapıb.
Odur ki, 25.11.2019-cu il tarixdə DİN BMCMİ-də Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin
178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Bundan 2 gün sonra
B.Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Fürsətdən istifadə edərək Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də
nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad RPŞ-yə müraciət edə bilərlər".