Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində 849 nəfər koronavirusa yoluxub, bu xəstəlikdən 26 nəfər ölüb

Çində yeni növ koronavirus xəstəliyinə yoluxma hallarının sayı 849 nəfərə çatıb, bu virusdan artıq 26 nəfər həyatını itirib.

Bu barədə ÇXR bölgələrinin gigiyena və səhiyyə komitələri tərəfindən yayımlanan məlumatlarda qeyd olunub.

Buna qədər 25 ölü və 830 yoluxma halının olduğu bildirilirdi.

Məlumata görə, 177 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir, 34 nəfər sağalıb və artıq tibb müəssisələrini tərk edib. Bununla yanaşı, 1072 nəfər bu xəstəliyin daşıyıcısı olmaqda şübhəli bilinərək qeydə alınıb.

Koronavirusun yeni növü artıq digər ölkələrdə - Tayland, Vyetnam, Koreya Respublikası, Sinqapur, ABŞ və Yaponiyada aşkar edilib. Ancaq ÜST Çində yeni növ pnevmoniyanın yayılması ilə əlaqədar beynəlxalq dərəcədə fövqəladə vəziyyət rejimi elan etməkdən çəkinib. (apa)

Son xəbərlər
Bütün xəbərlər »