Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Ağ Evdə Netanyahunu qəbul edəcək

ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də İsrailin Baş Naziri Benyamin Netanyahu və onun siyasi rəqibi, “Kahol-Lavan” mərkəzçi blokunun lideri Beni Ganzla görüşəcək.

“TASS” agentliyi xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də Ağ Evdə İsrailin Baş Naziri Benyamin Netanyahunu qəbul edəcək. Beni Ganz da prezidentin Vaşinqtona gəlmək barədə dəvətini qəbul edib. ABŞ və İsraili sıx tərəfdaşlıq əlaqələri birləşdirir. Baş nazirin səfəri ortaq regional müzakirələr və milli təhlükəsizlik maraqları üçün bir fürsətdir”, - mətndə belə deyilir.(apa)

Son xəbərlər
Bütün xəbərlər »