Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rafiq Əliyevlə bağlı iki möhtəşəm kitabın təqdimatı keçiriləcək
rafiq-eliyev-1

Dünyaca tanınmış alim, professor Rafiq Əliyevə həsr olunan "Su kimi sakit və güclü" kitabının təqdimat mərasimi keçiriləcək.

Kitab dünya səviyyəli alimin son illər yazdığı məqalələr, mətbuata verdiyi müsahibələr və ona ithaf olunan yazılardan ibarətdir. Kitabın tərtibçisi və redaktoru tanınmış şair-publisist Rəfail Tağızadədir.

Rafiq Əliyev təqdimat mərasimində adıçəkilən kitabla yanaşı, başqa bir dəyərli elmi əsəri də ictimaiyyətə təqdim olunacaq. Kitab Rafiq Əliyevin elmi sələfi, dahi Lütfi Zadə ilə birlikdə yazdığı “Fuzzy Logic Theory and Applications” (Qeyri-səlis məntiq – nəzəriyyə və tətbiqetmələr) monoqrafiyasıdır.

Qeyd edək ki, XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin istiqamətini dəyişən dahi Lütfi Zadənin elmi varisi professor Rafiq Əliyevlə birlikdə yazdığı kitab ötən il işıq üzü görüb və çap olunduğu ilk günlərdə də dünya elmi cameəsi tərəfindən böyük maraqla qarşılanıb.

Dünyanın məşhur və ən nüfuzlu elmi nəşriyyatı olan “World Scientific”də çapdan çıxan kitab Lütfi Zadənin nə qədər maraqlı da olsa sayca, cəmi ikinci kitabıdır.

Təqdimat mərasimi 10 fevral saat 18:00-da Xəzər Universitetinin Mərmər zalında keçiriləcək. (Ünvan: Neftçilər metro-stansiyasının yanı, Məhsəti küçəsi 41)

Paylaş »
››› Koronavirusla mübarizə aparan həkimlər “Yanıq kərəmi”nə rəqs etdilər – Video
››› Rusiyadan neft açıqlaması
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi
››› Bir nəfər 257 nəfəri koronavirusa yoluxdurub - atası, əmisi və bacısını itirib
Son xəbərlər
Bütün xəbərlər »