Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda imkansızlar üçün xüsusi mağaza açılıb - Fotolar

Bölgələrdə imkansız ailələr daha çoxdur. Onların köməyə həmişə ehtiyacı var.

Bizimyol.info xəbər verir ki, Göygölün Çaykənd kəndində imkansızlar üçün xüsusi mağaza açılıb. Kənd sakinlərinin dediyinə görə, mağaza sahibi Bakıda yaşayan Aytac adlı xanımdır.

Göygölün Çaykənd kəndində imkansızlar üçün xüsusi mağaza

Mağazanın üzərinə “Ehtiyacın varsa, götür, yoxdursa, gətir” ifadəsi yer alan lövhə vurulub. Buradan da görünür ki, məqsəd maddi durumu ağır olan adamları tələbat malları ilə təmin etməkdir.

Göygölün Çaykənd kəndində imkansızlar üçün xüsusi mağaza

Mağazada daha çox geyim malları gözə dəyir. Amma ərzaq gətirənlər də var.

Göygölün Çaykənd kəndində imkansızlar üçün xüsusi mağaza

Bura müxtəlif yerlərdən kömək üçün müraciət edənlər olur. Onların arasında həm yardım etmək istəyənlər, həm də ehtiyac içində yaşayanlar var.

Göygölün Çaykənd kəndində imkansızlar üçün xüsusi mağaza

Bu mağaza bir növ təmənnasız fəaliyyət göstərir.

Göygölün Çaykənd kəndində imkansızlar üçün xüsusi mağaza

Yəni insanlar arasında vasitəçi rolunu oynayır.

Göygölün Çaykənd kəndində imkansızlar üçün xüsusi mağaza

Müəyyən adamlar bura geyim və ərzaq gətirir, ehtiyacı olanlar isə gəlib istədiyini aparır.

Son xəbərlər
Bütün xəbərlər »