Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yalnız bir nəfərin yaşadığı ABŞ kəndi: mer də özüdür, kitabxanaçı da... - Fotolar

ABŞ-ın Nebraska ştatındakı Monovi kəndini çox yerdə tanıyırlar. Cəmi bir küçəsi, bir neçə binası olan yaşayış məskəninin həm də yalnız bir sakini var.

Bizimyol.info xəbər verir ki, turistlər Monoviyə böyük maraq göstərir. Bu kənddə Elsi Eylerdən başqa yerli adam görmək mümkün deyil. 85 yaşlı qadın həm merdir, həm kitabxanaçı, həm də barın sahibəsi.

Elsi Eyler Elsi Eyler

Monovinin əsası 20-ci əsrin əvvəllərində qoyulub. 1930-cu illərdə əhali sayı 150 nəfərə çatıb. Sonra bura da balaca şəhərlərin, kəndlərin taleyini yaşayıb. Gənclər iş üçün daha böyük şəhərlərə üz tutub. 1960-cı illərdə əvvəlcə mağazalar, bunun ardınca poçt və məktəb də bağlanıb. O vaxtdan burada yalnız “Monovi Tavern” işləyir.

Elsi Eyler Elsi Eyler

Barı Elsinin həyat yoldaşı açmışdı. 2000-ci ildə Monovidə onların ikisindən başqa heç kim qalmamışdı. Elsi 2004-cü ildə həyat yoldaşı vəfat edəndən sonra kəndin yeganə sakininə çevrilib. Zarafatca deyir ki, Monovi bir günə əhalisinin yarısını itirməklə rekord vurub.

Elsi Eyler Elsi Eyler

Xanım Eylerin mer olmaqdan başqa çarəsi yox idi. Başqa cür barda spirtli içki satmağa icazə almaq mümkün deyildi. İndi Elsi həm də vergiləri vaxtında ödəyə bilir: ildə 500 dollar. Qadın seçkilərdə iştirak edir, özü özünü mer seçir.

Elsi Eyler Elsi Eyler

İndi bara dünyanın müxtəlif yerlərindən gəlirlər. Hətta uzaq Avropadan da. Barın müştəriləri bir ailəyə çevrilib. Elsi Monovini heç tərk etmək istəmir. Deyir ki, ruhu buradan başqa heç bir yerdə yaşamağı qəbul etmir.

Son xəbərlər
Bütün xəbərlər »