Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə taksi sürücüləri çinli müştəriləri maşına mindirmir

Çində getdikcə daha böyük problemlər yaradan koronavirus ölkədən kənardakı çinlilərə də az başağrısı gətirmir.

Məsələn, Rusiyanın paytaxtı Moskvada taksi sürücüləri onları maşına götürməkdən imtina edir.

Bizimyol.info xəbər verir ki, sürücülər koronavirusa yoluxmaqdan qorxur. Çünki artıq Çindən gələn bir rusda bu xəstəlik aşkarlanıb. Moskva aeroportları bu hadisədən sonra məsələyə daha ciddi yanaşmağa başlayıblar. Bütün təyyarələrə sanitar-karantin baxışı keçirilir. Xüsusilə Çindən və Tailandan gələnlər çox yoxlanılır.

Taksi sürücüləri isə çıxış yolunu çinli müştərilərdən imtina etməkdə görür. Bu hadisəyə görə Moskvada olan bütün qıyıqgözlü asiyalılar əziyyət çəkir. Çünki onların hamısını çinliyə bənzədirlər.

Sürücülərdən bəzisi risk etməyi özünə rəva görür. Bir şərtlə ki, çinli müştəri iki dəfə çox pul ödəyəcək.

Son xəbərlər
Bütün xəbərlər »