Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Seçicilərə ərzaq paylayan namizədə xəbərdarlıq edildi - Foto
Supermarket

99 saylı seçki dairəsindən namizədliyi qeydə alınmış Zeynalov Tural barədə Mərkəzi Seçki Komissiyasının “Qaynar Xətt”inə müraciət edilib.

Bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat yayıb.

O qeyd edib ki, namizəd barəsində xoşagəlməz hallar barədə onlara məlumat daxil olub:

“Onun Seçki Məcəlləsinin tələbini pozması, seçicilərə ərzaq paylaması barədə “Qaynar Xətt”ə müraciət olunub.

Zeynalov Tural Zeynalov Tural

Namizəd özü də internet səhifəsində bununla bağlı videomüraciət ünvanlayıb və bildirib ki, 71 aztəminatlı ailəyə ərzaq paylayacaq. Onun bu cür halları hələ də davam edir. Hələlik bu məsələni hüquqi müstəviyə qaldırmırıq. Hesab edirik ki, namizədlər bir- birinə ədalətli mövqe sərgiləməlidir. Öz platformalarıyla seçicilərin səsini qazanmalıdırlar”.

MSK sədri Məzahir Pənahov bildirib ki, bu namizədlə bağlı məsələ araşdırılsın və ona xəbərdarlıq edilsin. (Qafqazinfo.az)

Paylaş »
››› Rusiyada koronavirusu dərhal məhv edən ucuz məhlul hazırlayıblar
››› “Kurtlar vadisi”nin aktyoru koronavirusdan ölüb
››› Türkiyədə daha bir koronavirus rekordu qeydə alındı
››› Qonşu ölkədə insanlar virusa görə meşələrə çəkilib
››› Keçmiş SSRİ dövləti “qreçka”nın ölkədən çıxarılmasına qadağa qoydu
Son xəbərlər
Bütün xəbərlər »