Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişilərin çox gözəl saydığı 15 qız - Fotolar

“TC Candler” portalı hər il dünyanın ən xoş 100 qadın və kişi simasını müəyyənləşdirməyə çalışır.

Bunun üçün sorğu keçirlir, ortaya konkret nəticə çıxır. Bizimyol.info sizə kişilərin ən çox bəyəndiyi, səs verdiyi 15 qızın adlarını təqdim edir.

1 – Çjou Tszıyuy. 20 yaşlı tayvanlı qız keçən ilin ən gözəl qadın siması adlandırılıb. Cənubi Koreyanın “Twice” musiqi qrupunun ən gənc üzvüdür.

Çjou Tszıyuy Çjou Tszıyuy

2 – Yael Şelbia. İsraildə dindar ailədə doğulub. Çox gözəl sifət cizgiləri var. Model biznesində özündən söz etdirməyi bacarıb.

Yael Şelbia Yael Şelbia

3 – Lalisa Manoban. “BLACKPINK” musiqi qrupunun solistidir. Reklamlara çəkilir, xeyriyyəçiliklə məşğul olur.

Lalisa Manoban Lalisa Manoban

4 – Tilan Blondo. 4 yaşından podiumlarda görünməyə başlayıb. İndi 18 yaşı var. “Lacoste”nin, “Hugo Boss”un məhsullarını nümayiş etdirir.

Tilan Blondo Tilan Blondo

5 – Naomi Skott. Müğənni və aktrisa Böyük Britaniyada doğulub. Kinosənayedə özünə yer etməyi bacarıb. Ardıcıl filmlərə çəkilir.

Naomi Skott Naomi Skott

6 – Adriana Mişel. Amerikalı qız model karyerasına cəmi üç il əvvəl başlayıb. İndi xeyli reklamlara çəkilir, brend məhsulları nümayiş etdirir.

Adriana Mişel Adriana Mişel

7 – Nan (İm Çjin A). Daha bir cənubikoreyalı. Musiqidən başqa, model, aktrisa və vizajist kimi tanınıb.

Nan (İm Çjin A) Nan (İm Çjin A)

8 – Emili Nerenq. Bir Norveç gözəli. Musiqi ilə ciddi maraqlansa da, internetdə məşhurlaşıb. “Instagram” səhifəsində, “Youtube” kanalında düzgün qidalanma haqqında danışır.

Emili Nerenq Emili Nerenq

9 – Meyka Vullard. 15 gözəl arasında ən cavanıdır. Cəmi 15 yaşı var. Model biznesində ona çox ehtiyac duyurlar.

Meyka Vullard Meyka Vullard

10 – Liza Soberano. Müxtəlif seriallarda, filmlərdə çəkilir. İki il əvvəl Filippinin 1 nömrəli qadını seçilmişdi.

Liza Soberano Liza Soberano

11 – Sonya Ben Ammar. Fransada kinoprodüser və aktrisa ailəsində doğulub. Erkən yaşlarından teatr səhnələrində görünüb. Onu fransız filmlərində də görmək mümkündür.

Sonya Ben Ammar Sonya Ben Ammar

12 – Oktyabrina Maksimova. Qəribə adlı bu qız Rusiyada doğulub. Sankt-Peterburq hüquq təhsili alır.

Oktyabrina Maksimova Oktyabrina Maksimova

13 – Nensi Couel Makdoni. Yarıamerikalı, yarıkoreyalı siması var. “Momoland” pop-qrupunun üzvüdür.

Nensi Couel Makdoni Nensi Couel Makdoni

14 – Cozi Leyn. 18 yaşlı qız da model biznesindədir.

Cozi Leyn Cozi Leyn

15 – Yua (Yu Şi-a). Cənubi Koreyada doğulub. “Oh My Girl” qrupunun həm vokalçısıdır, həm də rəqqası.

Yua (Yu Şi-a) Yua (Yu Şi-a)
Son xəbərlər
Bütün xəbərlər »