Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriya ordusu 48 hərbçisini itirdi

Suriyanın İdlib vilayətində 500 nəfərdən çox silahlı Suriya Silahlı Qüvvələrinin mövqelərinə hücum edib.

TASS agentliyi xəbəri Suriyadakı münaqişə tərəflərinin barışıq mərkəzinə istinadən yayıb.

Mərkəzin məlumatına əsasən, yaraqlılar eyni vaxtda bir neçə istiqamət üzrə Suriya ordusunun mövqelərinə hücuma keçiblər. Hücumu həyata keçirənlər “Türküstan İslam Partiyası”nın və “Həyət Təhrir əş-Şam” terrorçu qruplaşmasının üzvləridir.

Qeyd olunur ki, toqquşma nəticəsində Suriya ordusu tərəfindən 48 hərbçi həlak olub, 90 nəfərdən çox yaralı var. Terrorçular tərəfindən isə 56 nəfərin öldüyü, 100 nəfərdən çox yaralının olduğu bildirilir. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »