Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sürətlə “qocalır”: 40 il sonra hər iki nəfərdən biri təqaüdçü olacaq

Rusiyada əhali artımının səviyyəsinin aşağı olması ciddi problemlər yaradır. Əhali sürətlə “qocalır”.

Bizimyol.info xəbər verir ki, 2060-cı ildə Rusiyada təxminən hər iki nəfərdən biri təqaüdçü olacaq. Daha dəqiqi, əhalinin 47 faizi indiki pensiya yaşına çatacaq. İndi əhalinin dörddəbiri 65 yaşı haqlayıb. 40 il sonra əhali daha “qoca” olacaq.

Bu il təqaüdə çıxmış rus kişilərin 13,3 il pensiya alacağı gözlənilir. 2060-cı ildə rəqəm 17,4 olmalıdır.

Mütəxəssislər deyir ki, insan ömrü də zamanla artır. 1950-ci ildə insanlar orta hesabla 47 il yaşayırdısa, indi ömür müddəti 72-ni keçib. Bundan başqa, bioloji yaş da xronoloji göstəricilərlə üst-üstə düşmür. Məsələn, İsveçrədəki 65 yaşlı insan özünü 1950-ci ilin 51 yaşlı adamı kimi hiss edir.

Hökumət situasiyaya görə çox narahatdır. Hesabatı hazırlayanların müxtəlif təklifləri var. Daha çox pensiya sisteminin təkmilləşdirilməsindən, vergilərin toplanmasının effektivliyini artırmaqdan danışırlar. Amma daha çox təqaüd yaşının artırılması fikri səslənir.

Keçən ilin yanvarın 1-dən Rusiyada pensiya islahatlarına başlanılıb. 2024-cü ilə qədər pensiya yaşı qadınlar üçün 60-a, kişilər üçün 65-ə çatdırılacaq.

Son xəbərlər
Bütün xəbərlər »