Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Palçıq şagirdlərin məktəbə gedən yollarını kəsib - Foto

Bakı şəhəri Maştağa qəsəbəsi, Savalan massivində yerləşən 28 saylı tam orta məktəbə gedən ensiz, palçıqlı yollar içi gölməçələrlə doludur.

Bizimyol.info xəbər verir ki, hətta məktəb yolunda sahibsiz itlərin sürü ilə hərəkət etməsi valideynləri və şagirdləri narahat edir.

Maştağa qəsəbəsi, Savalan massivində Palciqli yol

“Məktəb yolu yararsız vəziyyətdədir. İtlər də qorxulu röyamız olub. İtlər əlimizdəki bazarlıq zənbilinə hücum edirlər. Bəzən də onların bizə yazığı gəlib toxunmur. Həyat çox maraqlıdır. Evə çatanda qorxulu filmin trellerini izləyirmişəm kimi özümü hiss edirəm”,- Maştağa sakini bildirib.

Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində yerləşən 13 saylı tam orta məktəbə gedən yolun yararsız vəziyyətdə olduğu bildirilir.

Ramid İbrahimov, Bizimyol.info

Maştağa qəsəbəsi, Savalan massivində Palciqli yol

Son xəbərlər
Bütün xəbərlər »