Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mən Leyla Məmmədzadəyə belə səlahiyyət verməmişəm..." - Rusiyalı milyarder

Rusiyada həbsdə olan dağıstanlı milyarder-oliqarx, FESCO nəqliyyat şirkətləri qrupunun sahiblərindən biri Ziya (Ziyavuddin) Maqomedov istintaq təcridxanasından bəyanat yayaraq səhmlərini satmaq niyyətində olmadığını bildirib.

Rusiya mənbələri xəbər verir ki, milyarder FESCO şirkətlər qrupunun direktorlar şurasının sədri Leyla Məmmədzadəyə ona məxsus səhm paketinin satılması üçün danışıqlar aparmaq səlahiyyəti verdiyini təkzib edib.

“Son vaxtlar tez-tez belə şaiyələr yayılır ki, guya mənim tapşırığımla və mənim adımdan FESCO şirkətlər qrupundakı payımın satılmasına dair danışıqlar aparır. Təəsüf ki, bu şaiyələri yayanlar mənim indiki vəziyyətimdən istifadə edib şəxsi mənfəətlərini təmin etmək istəyənlərdir. Bu məqsədyönlü şaiyələrin heç kimi çaşdırmaması üçün rəsmən bəyan edirəm ki, FESCO şirkətlər qrupunun direktorlar şurasının sədri Leyla Məmmədzadəyə şirkətin mənə məxsus səhm paketinin kiməsə satılması üçün danışıqlar aparmaq səlahiyyəti verməmişəm. Və hazırda mənim bu səhmləri satmaq niyyətim yoxdur”,-Maqomedov bildirib.

FESCO Rusiyanın ən iri liman infrastrukturu operatorlarından biridir, eyni zamanda logistika və dəmiryolu daşımaları ilə də məşğuldur. Şirkətlər qrupunun aktivləri arasında “Transqarant”, “Vladivostok dəniz ticarət limanı”, “Russkaya troyka” fitinq platformaları operatoru və digərləri yer alır. Ziya Maqomedov şirkətlər qrupunun 32.5 faizlik səhm paketinin sahibidir. O, 2018-ci ilin martında mütəşəkkil cinayətkar qrup formalaşdırmaq, mənimsəmə və talama ittihamları ilə həbs olunub. 2019-cu ilin dekabrında Moskva şəhər məhkəməsi onun barəsində həbs qətimkan tədbirini növbəti dəfə, 2020-ci il martın 30-na qədər uzadıb.

Məlumatlara görə, FESCO şirkətini almağa dünyanın ən iri liman operatorlarından olan və Birləşmiş Ərəb Əmirlikləri hökumətinə bağlı DP World şirkəti maraq göstərir. Şirkət Rusiya hökumətinə bu barədə sorğu göndərib.

42 yaşlı Leyla Rafaelovna Kantoroviç-Məmmədzadə azərbaycanlıdır. Bildirilir ki, o Bakıda anadan olub ABŞ-da maliyyə işi və neft işi üzrə magistr təhsili alıb. ABŞ, Böyük Britaniya və Niderlandda yaşayıb. İnvestisiyaların idarə edilməsi, risklərin analizi üzrə ixtisaslaşıb, ABŞ-ın “Halliburton” şirkətində strategiyaların hazırlanmasına məsul olub, Britaniya-Hollandiya neft-qaz nəhəngi “Royal Dutch Shell”də həmin sahəyə rəhbərlik edib.

Xatırladaq ki, Ziya Maqomedov və qardaşı Maqomed Dağıstanın ən zəngin adamları hesab edilirdi. Onların "Summa" şirkətlər qrupu Rusiya büdcəsindən bir sıra iri infrastruktur layihələrinin tikintisi üçün yüz milyonlarla dollarlıq sifarişlər alıb.Ziya Maqomedova qarşı irəli sürülən əsas ittiham Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatı üçün tikilən “Baltik Arena” stadionunun tikintisində yol verilən yüz milyonlarla rubl mənimsəmələrlə bağlıdır. Bu stadionun tikintisində baş podratçı azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun “Crocus Group” şirkəti idi.

Leyla Məmmədzadə isə o vaxt "Summa" şirkətlər qrupunun baş direktoru idi. 44 yaşlı Leyla Rafaelovna Kantoroviç-Məmmədzadə azərbaycanlıdır. Bildirilir ki, o Bakıda anadan olub ABŞ-da maliyyə işi və neft işi üzrə magistr təhsili alıb. ABŞ, Böyük Britaniya və Niderlandda yaşayıb. İnvestisiyaların idarə edilməsi, risklərin analizi üzrə ixtisaslaşıb, ABŞ-ın “Halliburton” şirkətində strategiyaların hazırlanmasına məsul olub, Britaniya-Hollandiya neft-qaz nəhəngi “Royal Dutch Shell”də həmin sahəyə rəhbərlik edib.

Maqomedov qardaşlarının həbsi zamanı Leyla Məmmədzadə də saxlanılmışdı. O zaman Rusiya KİV-ləri iddia edirdi ki, oliqarx qardaşları ələ verən də məhz odur.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »