Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin satışı və dövriyyəsində şübhəli bilinən şəxsi saxlayıblar.
Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış narkotik maddə - heroin aşkar olunub.

Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.
P.Zeynalov 2008-2011-ci illərdə Xızı rayon Şahmat məktəbinin direktoru işləyib.
Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.