Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp seçkilərə pul xəcləməkdə rəqiblərindən geri qalır
"ABŞ-da prezident seçkilərində namizədlərin reklam xərcləri bu cür olub.

1. Mike Bloomberg ? 216.8 mln

2. Tom Steyer ? 143 mln

3. Donald Tramp ? 50.3 mln

4. Bernie Sanders ? 26.4 mln

5. Joe Biden ? 11.7 mln

Bu rəqəmlər ABŞ üçün olduqca normal rəqəmlərdir. Burada əsas diqqət çəkən məqam məhz Donald Trampın təbliğat və təşviqat kampaniyası üçün nəzərdə tutduğu məbləğdir".

Bunu politoloq Elxan Şahinoğlu ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinə münasibət bildirərkən deyib.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

E.Şahinoğlu qeyd edib ki, D.Tramp 2016-cı ildəki seçkilərdə son 10 ABŞ prezidentindən dəfələrlə az pul xərcləyərək qalib gəlmişdi: "Bu dəfə də seçkilər eyni ssenari ilə davam edə bilər. Donald Tramp 2016-cı ildə kampaniya üzvlərinə, nümayəndələrinə çox aşağı miqdarda pul ödəyir, bəzilərinə isə ümumiyyətlə pul ödəmirdi. Hansı ki, ölkənin ən varlı adamlarından biri kimi bunu rahatlıqla qarşılaya bilərdi. Bunun nəticəsidir ki, bəzi üzvlər artıq Tramp komandasından ayrılıb. Lakin, Tramp düşünür ki, az məbləğlə də nəticə əldə etmək mümkündür. Bundan əlavə Donald Tramp və onun tərəfdarları Ohayo (Ohio) ştatında qələbə gözləyirlər. Çünki, 1964-cü ildən bu yana həmin ştatda qələbə qazanan namizəd sonda prezident seçkilərində qalib gəlir.

Lakin, bu dəfə vəziyyət bir qədər fərqlidir. Donald Trampın seçilməsində aparıcı rol Klintonun müəyyən məsələlərlə bağlı reputasiyasının aşağı düşməsi ilə bağlı idi. Lakin, Trampın xarici siyasəti tənqid edilsə də daxili siyasət yüksək səviyyədə aparılır. Bunun məntiqi nəticəsidir ki, onun gəlişindən sonra nəzərə çarpacaq dərəcədə iqtisadi artım müşahidə edilmişdir və.s. Bu mənada Trampı növbəti seçkilərdə daha gərgin bir mübarizə gözləyir. Hesab edirəm ki, əsas mübarizə Mike Bloomberg , Berni Sanders və Donald Tramp arasında gedəcək. Donald Trampın impiçment məsələsini də gözardı etməmək lazımdır təbii ki".

Son xəbərlər
Bütün xəbərlər »