Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təcili tibbi yardıma zəng vurub çörək sifariş etdilər

Təcili tibbi yardıma həmişə səhhətdəki problemlərə görə müraciət olunmur. Türkiyədə vətəndaşlardan biri 112 xidmətinə zəng vuraraq evə çörək sifariş edib.

Bizimyol.info xəbər verir ki, hadisə Çorum şəhərində baş verib. Bu haqda şəhər təcili tibbi yardım mərkəzinin baş həkimi Esme Pehlivan məlumat verib.

Həkimin dediyinə görə, keçən il mərkəzə 276 min 350 müraciət daxil olub. Bunlardan 80,7 faizinin əsassız olduğu üzə çıxıb.

Esme Pehlivan ilin yekunlarıyla bağlı mətbuat konfransında çox qəribə zənglər aldıqlarını söyləyib. Baş həkim ürəyi sıxıldığından mahnı oxuyanların, hətta təcili tibbi yardım heyətinə çörək aldırmaq istəyənlərin olduğunu bildirib. Özü də bu qəbildən bir neçə zəng gəldiyi məlum olub.

Qanunvericilik təcili tibbi yardım mərkəzinə qeyri-ciddi səbəblərdən zənglər üçün cəza nəzərdə tutub. Belə adamlar 309 lirə (təxminən 90 manat) cərimə olunmalıdır.

Pehlivanın sözlərinə görə, il ərzində 60 min 623 nəfərə ilk yardım göstəriblər. Onların arasında həyatını xilas etdikləri xəstə az olmayıb.

Son xəbərlər
Bütün xəbərlər »