Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütün Avropanı velosipedlə gəzən azərbaycanlı 51 gündür yoldadır - Fotolar

Səyahəti sevən insanlar, adətən, təyyarə, qatar, avtobus kimi nəqliyyat vasitələrindən istifadə edir. Azərbaycanlılardan biri isə bütün Avropanı velosipedlə gəzmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, Ağa Mehdi 51 gündür yoldadır. Estoniyanın paytaxtı Tallindən velosipedlə yola çıxan həmvətənimiz səfərini Lissabonda (Portuqaliya) başa vurmaq fikrindədir.

Ağa Mehdi Ağa Mehdi, Meinengen, Almaniya

Ağa Mehdinin məqsədi adi səyahət deyil. O, dünya ictimaiyyətinin diqqətini ekoloji problemlərə, xüsusilə qlobal istiləşməyə çəkmək istəyir.

Azərbaycanlı səyyah sosial şəbəkə hesablarında səfəri barədə ətraflı məlumat paylaşır, şəkillər, videolar yerləşdirir. Buradan görünür ki, Ağa artıq İsveçrədədir. O, son şəkillərdən birini isveçrəli yeniyetmələrlə çəkdirib. Səyyah İsveçrənin təbiətinin gözəlliyini, ekoloji təmizliyi xüsusi qeyd edib.

Ağa Mehdi Ağa Mehdi, Mansfeld, Almaniya

Ağa Mehdi daha çox almanlar haqda yüksək fikir yazıb. Onun fikrincə, bu xalqın nümayəndələri ilk imkandaca gözəl niyyətini ortaya qoyur.

Son xəbərlər
Bütün xəbərlər »