Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində təhsil alan azərbaycanlı tələbələr təşviş içindədir

Çinin Hubey vilayətində qeydə alınan koronavirus can almaqda davam edir. Ölənlərin sayı 17-yə çatıb.

Bizimyol.info xəbər verir ki, Çin hökuməti koronavirusun Vuhan şəhərində daha geniş vüsət aldığını bildirir. Turistlər bir-birinin ardınca bura səfərləri təxirə salır.

Sosial şəbəkələrdə yazılanlardan göünür ki, Çində təhsil alan azərbaycanlı tələbələr təşviş içindədir. Şanxayda oxuyan Vüsal Quliyev yaşadığı şəhərdə insanların əksərinin qara maskada gəzdiyini yazıb. Onun paylaşdığı şəkil də ümumi mənzərəyə işıq salır. Halbuki Şanxayla Vuhanı 840 kilometr ayırır.

Vüsal Quliyev Vuhanda 20-yə yaxın azərbaycanlının təhsil aldığını yazıb. Bu şəhərdə yaşayan Aqil Əli isə onunla razılaşmır, vəziyyətin lap bərbad olmadığını bildirir. Onun sözlərinə görə, Vuhanda cəmi 11 azərbaycanlı oxuyur və onların, demək olar, heç biri indi Çində deyil.

Sosial şəbəkələrdəki başqa statuslarda, rəylərdə azərbaycanlı tələbələrin ümumi narahatlığı müşahidə edilir. Vətənə istirahətə gələnlər geri qayıtmağa tələsmir.

Son xəbərlər
Bütün xəbərlər »