Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda uzun çörək növbələri yaranıb - Foto

Türkmənistanda iqtisadi çətinlik, eyni zamanda ölkə əhalisinin sosial problemləri getdikcə artır. Yenə ayrı-ayrı yerlərdə uzun çörək növbələri yaranıb.

Bizimyol.info xəbər verir ki, daha çox paytaxt Aşqabadda problemlər nəzərə çarpır. Alternativ medianın təqdim etdiyi fotolarda adamların növbədə dayandığı görünür. “Parahat-7” mağazasının satıcıları müstəqil jurnalistlərə qeyri-rəsmi açıqlamasında deyib ki, yeni il gələndən limit azaldılıb. Yəni mağazaya daha az çörək gətirilir. Buna görə də aşqabadlılar erkən saatlardan növbələrə tələsir.

Türkmənistanda çörək növbəsi Türkmənistanda çörək növbəsi

Dövlət mağazalarında çörəyin biri 1 Türkmənistan manatına (təxminən 0,5 Azərbaycan manatı) satılır. Halbuki özəl dükanlarda söhbət 3-5 manatdan gedir.

Aşqabadlıların çox az hissəsi dövlət mağazasından çörək ala bilir. Özəl dükanlardan almağa isə hamının imkanı çatmır.

Qurbanqulu Berdıməhəmmədov Qurbanqulu Berdıməhəmmədov

Türkmənistan Qurbanqulu Berdımuhammedovun başçılıq etdiyi avtoritar rejim tərəfindən idarə olunur. Prezident Berdımuhammedov tez-tez qeyri-adi hərəkətləri ilə diqqət mərkəzinə düşür.

Son xəbərlər
Bütün xəbərlər »