Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ-dən qalan konserv qutusunu 60 il sonra açdılar - Foto

Rusiyanın tanınmış blogerlərindən olan Aleksey Novikov çox maraqlı material paylaşıb. O, tanışı Andrey Vizqalovun kəndlərdən birində SSRİ-dən qalan konserv qutusu əldə etdiyini yazıb.

Bizimyol.info xəbər verir ki, Novikovun paylaşdığı videokadrlarda balıq konservinin 1960-cı ildə istehsal olunduğu aşkar görünür. Vizqalovla Novikov qutunu açır və hətta balığın dadına da baxırlar.

SSRİ-dən qalan konserv qutusunu 60 il sonra açdılar

Bloger qabın çox keyfiyyətli hazırlandığını qeyd edib. Bunun hətta Rusiyanın indi istehsal etdiyi konserv qutuları ilə müqayisəsini вэ aparıb. Onun yazdığına görə, qutu açılan kimi ətrafa xoş qoxu yayılıb. Balıq isə yetərincə yaxşı dad verirmiş.

Novikovun yazısına müxtəlif ruhda rəylər gəlib. SSRİ-ni tərifləyənlər, Rusiyanın indiki rəhbərliyinш tənqid edənlər çox olub. Amma blogerin səmimiyyətinə inanmayanlar da tapılıb. Bir neçə nəfər onun indi özünü necə hiss etdiyini soruşub. Yəni zəhərlənib-zəhərlənməməsi ilə maraqlanıblar. Novikov özünü əla hiss etdiyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »