Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya vətəndaşı Putinin hədiyyəsini baha qiymətə satır - Foto

Rusiya vətəndaşı dövlət başçısı Vladimir Putinin hədiyyəsini satmaq qərarına gəlib. Bu haqda qonşu ölkə mətbuatı yazır.

Bizimyol.info xəbər verir ki, Pavel adlı Rusiya vətəndaşı prezidentin verdiyi hədiyyəni baha qiymətə satır. O, İsveçrə saaatına 22 milyon rubl (355 min dollar) qiymət qoyub.

Rusiya vətəndaşı Putinin hədiyyəsini baha qiymətə satır

Sankt-Peterburq sakininə saat 2001-ci ildə verilib. Ona İsveçrənin “Certina” şirkətinin məhsulu SSRİ dağılandan sonra ilk atom sualtı qayığının üzvü olduğuna görə təqdim edilib. Saat eksklüziv istehsal olunub. Əşyanın örtüyü titandan hazırlanıb. Arxa tərəfində Putinin ikibaşlı qartal şəklində orijinal qravürü var.

Pavelin dediyinə görə, bu 19 ildə saatı cəmi bir neçə ay qoluna taxıb. Rusiya vətəndaşı səmimi olduğunu göstərmək üçün ortaya sənədlər də qoyur.

Keçən ilin oktyabrında Putinin vizit kartını satışa çıxarmışdılar. Buna 2 milyon rubl (təxminən 33 min dollar) qiymət qoyulmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »