Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramiz müəllim özü Ostrovskini oxuyubmu?

Hər kəsə faydalı ola biləcəyini və insanların bəd əməllərdən çəkinəcəyini xüsusi qeyd edən moderator.az saytı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin öz Facebook səhifəsində paylaşdığı statusu cəmiyyətə təqdim edib.

Statusun qısa məzmunu belədir:

“Nikolay Ostrovskinin “Polad necə bərkidi” kitabı nəşr edildikdən sonra müəllif çoxlu məktublar almışdır.

Bunların içərisində belə bir məktub da var idi:

– Mən köhnə oğruyam. Bir dəfə oğurladığım çantanın içindən sizin “Polad necə bərkidi” kitabı çıxdı. Mən bu kitabı oxuduqdan sonra xəcalət çəkdim və birdəfəlik oğurluğu buraxdım. Namusla həyatımı yeni səhifədən başladım”.

Sözün düzü, əgər bu statusu hansısa xırda bir məmur, dini icma rəhbəri, yaxud yazıçı-şair paylaşsaydı qətiyyən təəccüblənməz və yəqin ki, mövqeyimi bildirməzdim. Mən inana bilməsəm də, ancaq saytda statusun müəllifi kimi kifayət qədər siyasi və dövlət idarəetmə təcrübəsi olan hörmətli Ramiz müəllimin adı göstərilib.

Amma yenə inana bilmirəm ki, bu statusu Ramiz Mehdiyev paylaşıb. Amma istənilən halda bu status bir impuls oldu ki, fikirlərimi cəmiyyətlə bölüşüm.

Doğrudanmı, statusun müəllifi düşünür ki, hansısa köhnə rüşvətxor, korrupsioner “Nikolay Ostrovski"ni oxumaqla köhnə peşəsindən əl çəkə bilər?

Əgər problem belə asan həll olunsaydı, onda korrupsiyaya qarşı mübarizə aparmaq üçün o boyda Korrupsiyay qarşı Mübarizə İdarəsi, yaxud Komissiyası yaratmağa ehtiyac olmazdı, sadəcə məmurlara Ostrovskini oxutmaq bəs edərdi…

Nə isə, mövzudan yayınmayaq, keçək moderator.az saytının yaydığı statusa…

Sözün düzü, söhbət moizədən, kitabdan, maarifçilikdən, kamil insan yetişdirmək fəlsəfəsindən, dindən, imandan, təriqətdən…düşəndə məni gülmək tutur və yadıma “Quran oxumaqla donuz darıdan çıxmaz”, “Molla aşı gördü Quran yadından çıxdı” kimi müdrik misallar düşür. Böyük mütəfəkkir Mirzə Fətəli Axundov deyirdi ki, moizə oxumaqla cəmiyyət düzəlsəydi, Sədi və Hafiz Şirazilərin 100 minlik beytləri İranı çoxdan düzəltmişdi.

Əlbəttə mən kitabın, dinin, maarifçiliyin rolunu danmaq fikrində deyiləm. Ancaq Ostrovskini oxumaqla korrupsiyanın kökünün kəsiləcəyini də düşünmürəm.

Adicə bir misal çəkum. Metronun girişində quraşdırılmış sadə bir mexanizm olan saxlayıcı qurğular – turniket olmasa təssəvvür edirsiniz nə baş verər?

İmanlı-imansız, imkanlı-imkansız, dürüst-nadürüst, ziyalı-ziyasız, kəndli-şəhərli, sünni-şiyə-vəhabi…fərq etməz orda elə bir dəhşətli vəziyyət yaranar ki, qarşısını Quran oxumaqla da almaq olmaz. Milyonlarla sərnişinin ən çoxu 1-2 faizi gediş haqqını könüllü ödəyər. Bir müddətdən sonra o 1-2 faiz də yəqin ki, əriyib kütləyə qoşular. Yəqin xırda bir dəmir parçasının-mexanizmin fövqəladə gücünü az-çox təsəvvürünüzə gətirə bildiniz…

Ona görə də cəmiyyəti nəinki Ostrovskilərin kitabları ilə, heç səmavi kitablarla da düzətmək, idarə etmək mümkün deyil. Cəmiyyəti və dövləti dəmir kimi qanunlarla, mexanizmlərlə idarə etmək lazımdır.

Gözəlliyin dünyanı xilas edəcəyi isə şair sözüdür…

P.S. Görəsən, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədri Ramiz müəllim özü Ostrovskini oxuyubmu? (nuh.az)

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Ukraynanın Rusiya ilə atəşkəsə dair şərti açıqlanıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »