Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkədə iqtisadiyyatın durumunu bildirən əsas amil - Ev təsərürfatları

"İxtiyari ölkədə iqtisadiyyatın durmunun necə olduğunu bilmək üçün əvvəl ev təsərürfatlarının, sonra biznesin, onun ardınca bankların, lap sonda hökumətin durumuna baxılmalıdır. Çünki iqtisadiyyatdakı digər 3 institusional subyektin dayanıqlı vəziyyəti ev təsərrüfatlarının rifahından və davranışından asılıdır".

Bizimyol.info xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev ötən ilin yekunlarını dəyərləndirərkən bildirib.

Rövşən Ağayev Rövşən Ağayev

R.Ağayev qeyd edib ki, ev təsərrüfatları yaxşı qazanırsa və həvəslə pul xərcləyirsə, işsizlik sorunu kritik deyilsə, biznesin böyüdəcək: "Sahibkarın və ev təsərrüfatlarının durumu yaxşıdırsa, banklar problemiz fəaliyyət göstərəcək. Bunların hər 3-ü öz ayaqları üzərində dura, inkişaf edə və böyüyə bilirsə, hökumətin problemi olmayacaq.

Bizdə isə qiymətləndirmə ierarxiyasının başında hökumət gəlir - büdcəsi böyüyümbü, valyuta ehtiyatları artıbmı və s.?. Sonra banklara baxılır - problemli kreditlər artıbmı və ya bağlanma riski olan bank varmı, mənfəətlə işləyə bilirlərmi və s.?

Sonra biznes gəlir. Amma burda da çox vacib sullara cavab axtarılmır. Məsələn, heç kim bu suallara cavab axtarmır ki, biznes sektorunda mənfəətlilik necə olub, zərərlə işləyən müəssisələrin sayı necə dəyişib, bağlanan işlək şirkətlərin sayı yenil açılanlardan az və ya çox olub, müəssiələrin investisiya qoyuluşları artıb ya azalıb, vergi yükü ağırlaşıb ya yüngülləşib?

Ən sona ev təsərrüfatları qalır, amma ora gəlmirik, böyründən düz keçirik. Halbuki onların kapital qoyuluşları necə dəyişib, maliyyə aktivlərinə, daşınar və daşınmaz əmlaka yönəltdikləri vəsaitlər artıb ya azalıb, adambaşna median gəirlərdən az yaxud minimum yol verilən gəlir səviyyəsində qazancı olan ailələrin sayı il ərzində necə dəyişib, xərcləmələrdə ailəllərin öncüllüklərində nələrsə dəyişibmi və s. kimi sualları elə birinci verib, sonra aşağı düşməliydik.

Əslində bu suallara cavab alacaq statistik məlumatlar, alternativ araşdırmalar da yoxdu - bu baxımdan medianı və müstəqil təhlilçilər da qınamaq olmur.

Rəsmi statistikada və hökumət müşavirələrində məlumatların təqdimatı, təbliğat elədir ki, bütün müzakirələr makroiqtisadi göstəricilərin dinamikası üzərində qurulur. Hər kəsə də bəllidir ki, təbii resurslardan asılı iqtisadiyyatlarda qiymətlərin əlverişli olduğu dövrlərdə həmin göstəricilər istənilən hökumət üçün inkişaf statistikasını təmin edir. Bu olmayan dövrlərdə də hökumətin təbliğat maşını retro göstəricilərə səyahətlə yenə öz işinə davam edir".

O, qeyd edib ki, 2019-cu il ev təsərürfatları üçün necə olub? Ən vacib indikatorlardan biri olan əsaslı kapital qoyuluşlarının həcmində 2018-ci ilə nisbətən 35%-ə və ya 500 mln. manata yaxın azalma olub. Ümumi xərclənən vəsait 980 mln. manat olub ki, bu 2016-cı ildən sonra ən aşağı göstəricidir:

sigorta sosial Pul Manat

"Ailələrin əsaslı kapital xərclərinin azalması o deməkdir ki, onlar daşınar və daşınmaz əmlakın alınmasına,həmçinin təmirinə, ev heyvanlarının alınmasına, çoxillik əkmələrin salınmasına daha az vəsait xərcləyiblər. Nəzərə alaq ki, fərdi sahibkarlıq məqsədli kaital qoyuşuşları da ev təsərrüfatlarına aid edilir.

Maraqlı məqam odur ki, il ərzində ev təsərrüfatlarının götürdüyü kreditlərin həcmi 1.6 mlrd. manata yaxın və ya 30% artıb. Lakin ailələrin əsaslı qoyuluşlarının kəskin azalması fonunda kreditlər belə kəskin artırsa, onun bir səbəbi var - insanların gündəlik qazancları onların cari xərclərini təmin edə bilmir. Nəticədə onlar gündəlik dolanışıq, dost-tanışdan aldıqları borcları, sağlamlıq və təhsil, mərasimlərin təşkili xərclərini belə kreditlər hesabına ödəməyə məhkum olurlar. Qısası, ev təsərrüfatlarının əsaslı xərclərilə paralel kreditlər də artdığı stiuasiya pozitiv nəticəni göstərir - insanlar gələcəyə kapital qoyur və ümidlidir.

Lakin cari xərclərin kreditlər hesabına maliyyələşdirilməsi iş və gəlir əldəetmə imkanlarının məhdudluğuu işarə edir. Ev təsərrüfatlarının kreditlərindəki 2019-cu ildəki artımı (30%) son 6 ilin ən yüksək göstəricisidir.

Banklarda ev təsərrüfatlarının depozitləri isə çox az artıb - cəmi 300 mln. manat və ya 3.6%. Halbuki 2018-ci ildə depozitlərin artımı 10%-dən çox (800 mln. manat) olmuşdu.

Göründüyü kimi, 2019-cu ildə ev təsərrüfatlarının borclanmasının artım sürəti onların depozitlərinin artım tempini 8 dəfədən çox üstələyib. Onlar il ərizndə qoyduqları əlavə hər manat depozitə görə banklardan 5.2 manat kredit çəkiblər.

Ev təsərüffatlarının durumunu xarakterizə edən digər bir göstərici onların qənaətlərinin həcmidir - yəni sərəncamda qalan gəlirlərinindən istehlak tələbini ödəyəndən sonra yerdə qalan vəsaitin həcmi. İndi açıqlanan statistikada bu haqda hər hansı məlumat yoxdur.

Nəzərə alın ki, depozitlərdə çox kiçik, kreditlərdə çox böyük artım, əsaslı qoyuluşların kəskin azalma ev təsərürfatlarının dövlətdən il boyu böyük sosial dəstək paketi, kredit dəstək paketi aldığı bir vaxta təsadüf edir.

Demək ki, aşağı gəlirlilik və gizli yüksək işsizlik şəraitində insanların ödənilməmiş böyük həcmdə tələbatları var və əldə olunan izafi vəsait onlar yönəlir".

Son xəbərlər
Bütün xəbərlər »