Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Direktorun məktəbin əşyalarını satmasına dair xəbərə rəsmi reaksiya

Sosial şəbəkədə yayılan videoda vətəndaş Allahverdiyev Asif Yusif oğlu işlədiyi məktəbin direktorundan şikayətçidir.

Bizimyol.info xəbər verir ki, vətəndaşın sözlərinə görə, 9 ildir işlədiyi İmişli rayon V.Novruzov adına Sarıxanlı kənd 1 saylı tam orta məktəbin direktoru Elşən Bəxşalıyev məktəbin əşyalarını hərraca çıxarıb.

“Direktor məktəbin 1 televizorunu və 2 şkafını mənə 200 manat məbləğində satıb. İndi mənə deyir ki əşyaları geri qaytar. Mən də deyirəm ki verdiyim pulu qaytar, əşyaları verim. Direktor da deyir ki pulumu qaytarmaycaq, əvəzinə özünə tanış polislərlə məni hədələyir. Evimə nəşə atıb həbs elətdirəcəyini deyir. Bayramqabağı məktəbin texniki işçilərinə deyir ki mənə hinduşka verin”,-deyə Allahverdiyev Asif Yusif oğlu bildirib .

Məsələ ilə bağlı İmişli Rayon Təhsil Şöbəsindən bildirilir ki, vətəndaş Yusif Allahverdiyevin işlədiyi İmişli rayonu Sarxanlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Elşən Baxşəliyevlə bağlı iddia etdiyi məlumatlar araşdırılıb: “Araşdırma zamanı məlum olub ki, ümumi təhsil müəssisəsində invertarların yox olması ilə bağlı məktəbin təsərrüfat müdiri İlham Əliyev tərəfindən rayon polis şöbəsinə məlumat verilmiş və həmin məsələ hazırda rayon polis şöbəsi tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi ilə bağlı qəbul edilmiş qərar barədə məlumat veriləcək. Onu da qeyd edək ki, məsələ ilə bağlı məktəbin direktoru Elşən Baxşəliyev Rayon Təhsil Şöbəsinə verdiyi yazılı izahatında qeyd edilən faktların doğru olmadığını iddia edir”.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »