Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Kraliça Meqan Marklın zinət əşyalarını əlindən alır
kralica--00

Meqan Markl könüllü olaraq kraliyyət səlahiyyətlərindən imtina edib, deməli, bundan sonra xəzinəyə giriş hüququ yoxdur. Üstəlik, kraliça nəinki Meqanın onun izni ilə istifadə etdiyi dəyərli zinət əşyalarını, hətta hədiyyə olunanları da qaytarmalıdır.

Bu barədə “Woman's Day” nəşri xəbər yayıb.

Nəşr öz mənbəsinə istinadla xəbər yayıb ki, Markl şahzadə Harrinin nikahdan sonra hədiyyə etdiyi iri mavi daşlı üzüyündən məhrum olub. Məlumata görə, II Elizabet Meqanın şahzadə Diananın kolleksiyasındakı brilliantla bəzədilmiş nişan üzüyünü də almaq istəyib, ancaq hələ buna nail olmayıb.

Bundan başqa, Meqan kraliyyət ailəsinin pulları ilə aldığı çoxsaylı çantalar və bəzək əşyalarından da məhrum ola bilər.

Xatırladaq ki, yanvarın əvvəlində Şahzadə Harri və Meqan Markl kral ailəsinin böyük üzvləri statusundan və puldan imtina etdiklərini bildiriblər. Onlar bu yolla maliyyə müstəqilliyi əldə etmək istədiklərini açıqlayıblar. (oxu.az)

Paylaş »
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Azərbaycanda karantin rejiminin yumşaldılması barədə qərar verildi
››› Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
››› Koronavirusdan sonrakı gələcək: 10 əsas trend
Son xəbərlər
Bütün xəbərlər »