Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev: "Parlamentin yeni tərkibi Azərbaycanda islahatların vacib hissəsi olacaq"
İlham Əliyev

2019-cu il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri üzrə formalaşdırılacaq Azərbaycan parlamentinin yeni tərkibi ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsi olacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Yaxın aylarda əhaliyə etimad etdikləri şəxsləri seçmək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra isə parlament islahatların vacib hissəsi olacaq”, - Əliyev çərşənbə günü Davosda “Strateji baxış: Avrasiya” mövzusunda konfransda bildirib.

Prezident qeyd edib ki, Azərbaycan qonşu ölkələr barəsində dostluq siyasəti yürüdür, “lakin milli maraqlar hər şeydən üstündür”. “Biz siyasi-iqtisadi sahədə ciddi islahatlar aparmağa müvəffəq olduq. Nailiyyətlərimiz Ümumdünya İqtisadi Forumun qiymətləndirilməsi və Davos İqtisadi Forumun işində öz əksini tapıb. İnfrastruktur, yolların keyfiyyəti sahələrində bir çox nailiyyətlər əldə etdik, bu göstərici üzrə dünyada 27-ci yerdəyik”, - prezident vrğulayıb.

Əliyev əlavə edib ki, həyata keçirilən islahatlar çərçivəsində hökumətin tərkibi yenilənib. “Hökumətdə yeni adamlar var. Onlar yüksək səviyyədə təhsil almış və müsir dünyagörüşləri olan gənclərdir. Mən dəfələrlə demişəm ki, 21-ci əsrdə uğur qazanmaq yalnız 20-ci əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də prezident Administrasiyasında yeni adamlar lazımdır. Burada da böyük dəyişikliklər baş verib”, - Azərbaycan prezidenti bildirib.(interfax)

Paylaş »
››› Türkiyə ordusu böyük itki verib
››› Ruslar yenə Türkiyə ordusuna zərbə endirdi
››› İrandan daha iki ölkəyə koronavirus keçdi
››› Naxçıvan blokadada: Bütün sərhədlər bağlanıb
››› Azərbaycanda ana və uşağının müəmmalı ölümünün təfərrüatları
Son xəbərlər
Bütün xəbərlər »