Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
500 fəhlə işdən qovuldu: İcra başçısı məsələ ilə bağlı Bakıya gəldi
Imişli fəhlələr

İmişli Şəkər Zavodunun 500 fəhləsi işdən qovulub.

Bu barədə sözü gedən zavodun fəhlələri məlumat verib.

Onların sözlərinə görə, fəhlələrin işdən çıxarılmasına səbəb İmişli Şəkər Zavodunun maliyyə böhranı yaşamasıdır:

"Hazırda zavod işləyir. Zavodun heç bir bölməsi bağlanmayıb. Amma buna baxmayaraq, hazırda 450-500 nəfər işdən çıxarılıb. Deyirlər ki, maliyyə yoxdur. Pul olmadığından bizi ixtisara salıblar. Bütün fəhlələr isə işinə bərpa olunmaq istəyir. Etiraz səsimizi qaldırdıq. Aksiyaya İmişli Şəkər Zavodunun nümayəndəsi gəlib. Zavodun nümayəndəsi dedi ki, "məsələyə yenidən baxılacaq və bir ay müddətində işinizə qayıdacaqsınız”. Amma dekabr ayında da hadasa 80 nəfər fəhlə ixtisara düşdü. Həmin vaxt da fəhlələrə "işə qayıdacaqsınız” vədini verdilər. Hələ həmin 80 nəfər işinə bərpa olunmamış 450-500 nəfər fəhlə də ixtisar olundu. İndi məsələyə İmişli İcra Hakimiyyətinin başçısı qarışıb. Başçı məsələ ilə bağlı Bakıya gedib”.

Məsələ ilə əlaqədar İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-Siyasi və Hümanitar məsələlər üzrə müavini Təranə Cabbarova İmişli Şəkər Zavodunda baş verənlərdən xəbərsiz olduğunu dedi:

"Məlumatım yoxdur. Birinci müavin Səfa Ağayevlə əlaqə saxlayıb sizə məlumat verərəm”. Yarım saatdan sonra Təranə Cabbarova redaksiyamıza yenidən zəng edərək bunları dedi:

"Birinci müavin Səfa müəllim dedi ki, belə bir şey yoxdur”. (qaynarinfo)

Paylaş »
››› Nazirlik koronavirusla bağlı orta məktəblərə tapşırıq verdi
››› Azərbaycanda koronavirus şübhəsi ilə daha iki nəfər xəstəxanaya yerləşdirilib
››› Baş nazir koronavirusa görə karantinə alındı
››› Ruslar bombaladı, amma Türkiyə ordusu geri çəkilmədi
››› Bir ayda 23 nəfərin öldüyü deyilən xəstəxanada etiraz - Video
Son xəbərlər
Bütün xəbərlər »