Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb - Foto

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə görüşlərini Beyləqanda davam etdirməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Çingiz Qənizadə Beyləqan rayonunun İkinci Şahsevən və Qaradağlı kəndlərində seçicilərlə görüşlər keçirib.

Çingiz Qənizadə

Hər iki kəndin camaatı deputatlığa namizədlə görüşdə bəzi problemləri qabardıblar. Həmin problemlərdən biri uşaq pulunun bərpa olunması ilə bağlı olub. Həmçinin, əkin sahələrinin suvarılması üçün artezan quyularının vurulmasını, eləcə də, işıq və telefon xətlərinin yenilənməsini xahiş ediblər. Deputatlığa namizəd Çingiz Qənizadə yenidən deputat seçiləcəyi təqdirdə qaldırılan məsələləri gündəmə gətirəcəyini istisna etməyib.

Kənd insanları, ağsaqqallar Çingiz Qənizadənin 10 illik deputat fəaliyyətini yüksək qiymətləndirərək növbəti dəfə də ona səs verəcəklərini bildiriblər.

Çingiz Qənizadə

Məlumat üçün qeyd edək ki, kəndlərdə görüşlər keçirən Çingiz Qənizadə hər gün seçki qərargahında vətəndaşların fərdi qaydada qəbulunu davam etdirir.

Çingiz Qənizadə Çingiz Qənizadə Çingiz Qənizadə

Son xəbərlər
Bütün xəbərlər »